Türkiyə prezidenti ölkə rəhbərliyini bir günlüyə məktəbliyə verib

Türkiyə prezidenti ölkə rəhbərliyini bir günlüyə məktəbliyə verib Rəcəb Tayyib Ərdoğan uşaqlarla görüşüb
Region
23 Aprel , 2016 13:16
Türkiyə prezidenti ölkə rəhbərliyini bir günlüyə məktəbliyə verib

Bakı. 23 aprel. REPORT.AZ/ Türkiyədə qeyd olunan 23 aprel - Milli Suverenlik və Uşaqlar Günü münasibətilə Türkiyənin prezidenti Rəcəb Tayyıb Ərdoğan prezident sarayında bir qrup uşaqları qəbul edib.

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, prezident ölkənin uşaqlara verdiyi dəyərdən və təhsilin vacibliyindən danışıb.

"Ümid edirəm ki, gələcəkdə sizdən alim, ədəbiyyatşünas, akademiklər çıxacaq. Tarixi də yaxşı oxuyun. Öz tarixini bilməyən xalq, uğursuzluğa düçardır", - deyə prezident vurğulayıb və uşaqlara Çanaqqala şəhidliyini ziyarət etməyə tövsiyə edib.

Tədbirin maraqlı məqamı isə Rəcəb Tayyib Ərdoğanın ölkə rəhbərliyini bir günlüyə məktəbli bir qıza təhvil verməsi olub.

Qeyd edək ki, buna oxşar tədbir baş nazir Əhməd Davudoğlunun igamətgahında da keçirilib. Ə.Davudoğlu da vəzifəsini bir günlüyə məktəbli bir qıza təhvil verib.

Son xəbərlər

Orphus sistemi