Türkiyə prezidenti növbədənkənar seçkilərin keçirilə biləcəyinə işarə vurub

Türkiyə prezidenti növbədənkənar seçkilərin keçirilə biləcəyinə işarə vurub Ərdoğan: “Səmimi doğru-dürüst bir şəkildə müzakirə edin, hay-küyə, gurultuya ehtiyac yoxdur”
Region
13 Yanvar , 2017 15:53
Türkiyə prezidenti növbədənkənar seçkilərin keçirilə biləcəyinə işarə vurub

Bakı. 13 yanvar. REPORT.AZ/ “Ölkə parlamentini fəaliyyətsiz hala gətirsələr, növbədənkənar seçki haqqında düşünmək olar”.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konstitusiyaya dəyişikliklə bağlı ölkə parlamentində keçrilən müzakirələr zamanı baş verən dava-dalaşa işarə edərək vurğulayıb.

“Səmimi, doğru-dürüst bir şəkildə müzakirə edin, hay-küyə, gurultuya ehtiyac yoxdur. Düşündüklərinizi parlamentdə söyləyin. Qərarlar 330 səslə onsuz da qəbul olunur. Bu işin ikinci turu da var. Orada qəbul edilsə, bundan sonra əsil sahibinə çatacaq. Millətimizin verəcəyi qərara hamımız bəli deyəcəyik. Hadisə budur”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi