Türkiyə prezidenti müxalifət liderini məhkəməyə verib

Türkiyə prezidenti müxalifət liderini məhkəməyə verib Ərdoğan Kılıcdaroğlundan mənəvi təzminat tələb edib
Region
24 Noyabr , 2017 18:35
Türkiyə prezidenti müxalifət liderini məhkəməyə verib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS/ Umit Bektas

Bakı. 24 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan əsas müxalifət partiyasının, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunu məhkəməyə verib.

“Report” "CNNTürk"ə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Kamal Kılıcdaroğlundan mənəvi təzminat tələb edib.

Türkiyə prezidenti özünə, övladlarına və ailəsinə yönəlik təhqiramiz ifadələrə görə CHP sədrini məhkəməyə verib və ondan 1,5 milyon lirə (381 772 dollar) məbləğində təzminat istəyib. 

Son xəbərlər

Orphus sistemi