Türkiyə prezidenti Latın Amerikası ölkələrinə səfərini təxirə salıb

Türkiyə prezidenti Latın Amerikası ölkələrinə səfərini təxirə salıb Ərdoğan fevralın 5-də Vatikan və İtaliyaya səfər edəcək
Region
30 yanvar 2018 09:23
Türkiyə prezidenti Latın Amerikası ölkələrinə səfərini təxirə salıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Latın Amerikası ölkələrinə planlaşdırılan səfərini qeyri-müəyyən müddətədək təxirə salıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, dövlət başçısı fevralın 5-də Vatikan və İtaliyaya səfər edəcək.

R.T.Ərdoğan bu ölkələrdən sonra Braziliya, Uruqvay və Venesuelaya getməyi planlaşdırırdı. Onun Latın Amerikası ölkələrinə ziyarəti qeyri-müəyyən müddətədək təxirə salınıb.  

Son xəbərlər

Orphus sistemi