​Türkiyə prezidenti Kolumbiya unversitetində Ermənistanla əlaqələrin qurulmasına cəhddən danışıb

​Türkiyə prezidenti Kolumbiya unversitetində Ermənistanla əlaqələrin qurulmasına cəhddən danışıb Rəcəb Tayib Ərdoğan: "Bu əlaqələrin qurulmasına erməni diasporunun mənfi təsiri səbəbindən əlimiz yenə havada qaldı"
Region
11 Fevral , 2015 11:40
​Türkiyə prezidenti Kolumbiya unversitetində Ermənistanla əlaqələrin qurulmasına cəhddən danışıb

Bakı.11 fevral. REPORT.AZ/ Kolumbiyanın paytaxtı Boqota şəhərinin Ekstemado Universitetində "1915: Osmanlı İmperatorluğunun ən uzun ili " adlı simpozium keçirilib.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu ölkədə səfərdə olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan həmin tədbirdə çıxış edib.

O, çıxışında Türkiyə - Ermənistan münasibətlərindən də danışıb: "Əlaqələr yaratmaq, yeni bir səhifə açmaq üçün ötən il aprelin 23-də onlara bir məktub yazdıq. Təəssüflər olsun ki, bu əlaqələrin qurulmasına erməni diasporunun mənfi təsiri səbəbindən əlimiz yenə havada qaldı. 100 il sonra da biz yenə səmimi şəkildə çağırışlarımızı təkrarlayırıq. Gəlin, bu məsələni siyasətin təsirindən çıxararaq, elmə və elm adamlarına həvalə edək".

O, bu il aprelin 24-də Çanaqqala Savaşının 100-cü ildönümü ilə bağlı Türkiyədə keçiriləcək beynəlxalq tədbir üçün bir çox dövlətə dəvət göndərildiyini də vurğulayıb.

Həmin tədbirə Ermənistan dövlət nümayəndələrini də dəvət etdiklərini deyib: "Biz onların da gəlməsini istəyərdik. İstədik ki, oradakı ab-hava ilə nəfəs alıb, o illərdə yüz minlərlə inasanımızın şəhid olduğunu anlasınlar. Ancaq bunu etmədilər. Nəzakət qaydalarını belə tapdayaraq, yenə də sülh və dialoqun önünü kəsdilər. 1915-ci il hadisəsi ilə bağlı danışıq və sülh cəhdlərimizdən də əl çəkməyəycəyik. Biz təbliğatla beynəlxalq siyasəti çirkləndirməklə deyil, tarix elmi işığında bu məsələni araşdırmağa davam etdirəcəyik".

Son xəbərlər

Orphus sistemi