Türkiyə prezidenti: “Biz Afrini kimə təhvil verəcəyimizi yaxşı bilirik”

Türkiyə prezidenti: “Biz Afrini kimə təhvil verəcəyimizi yaxşı bilirik” Bakı. 10 aprel. REPORT.AZ/ “Biz Afrini kimə təhvil verəcəyimizi yaxşı bilirik”.
Region
10 Aprel , 2018 14:34
Türkiyə prezidenti: “Biz Afrini kimə təhvil verəcəyimizi yaxşı bilirik”

Bakı. 10 aprel. REPORT.AZ/ “Biz Afrini kimə təhvil verəcəyimizi yaxşı bilirik”.

“Report”un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Afrinin Bəşşar Əsəd hakimiyyətinə təhvil verilməsi ilə bağlı fikirlərinə münasibət bildirən R.T.Ərdoğan vurğulayıb ki, bu, çox yanlış yanaşmadır: “Biz hazırda Afrini kimə geri verəcəyimizi çox yaxşı bilirik”.

Qeyd edək ki, aprelin 9-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Türkiyə Afrini Suriya hakimiyyətinə təhvil verməlidir. 

Son xəbərlər

Orphus sistemi