Türkiyə prezidenti Avropa İttifaqının rəhbərləri ilə görüşüb

Türkiyə prezidenti Avropa İttifaqının rəhbərləri ilə görüşüb Görüş Avropa İttifaqı Şurasının yeni binasında keçirilib
Region
25 May , 2017 16:55
Türkiyə prezidenti Avropa İttifaqının rəhbərləri ilə görüşüb

Bakı. 25 may. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO-nun sammiti çərçivəsində Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa İttifaqı Komissiyasının sədri Jan-Klod Yunkerlə görüşüb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüş Avropa İttifaqı Şurasının yeni binasında keçirilib.

Bir saat davam edən görüş KİV üçün qapalı şəratidə baş tutub. Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

Bundan başqa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa parlamentinin sədri Antonio Tajani ilə də görüşüb.

Son xəbərlər

Orphus sistemi