​Türkiyə prezidenti Avropa İttifaqını tənqid edib

​Türkiyə prezidenti Avropa İttifaqını tənqid edib Rəcəb Tayyib Ərdoğan: "Avropa mühacirlərə qarşı radikal siyasət yürütməməli, separatçıları dəstəkləyən, fərqliliyə dözməyən bir bölgə olmamalıdır"
Region
9 May , 2015 15:41
​Türkiyə prezidenti Avropa İttifaqını tənqid edib

Bakı. 9 may. REPORT.AZ/ "Avropa İttifaqı ilə müzakirələrdə irəliləmə əldə etməyə çalşdığımız halda, bizə Avropanın xərtiəsini göstərdilər və hətta Avropa qitəsində olmayan ölkələri də ittifaqa üzv etdilər".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, "Avropa günü" ilə bağlı yayımladığı açıqlamada daha sonra deyib: "Avropa İttifqaına tam üzvülük strateji hədəfimizdir. Bu istiqamətdə fəaliyyətimizi davam etdiriik. Türkiyənin üzvlüyü prosesini Avropa İttifaqının da strateji perspektiv olaraq dəyərləndirməsi, bəzi üzv ölkələrin qısa müddətli siyasi hesablamalarının girovuna çevirməməlidir".

Onun sözlərinə görə, yarandığı gündən ittifaq Avropada sülh və sabitliyin qorunmasında bir çox önəmli işlər görüb: "Təəssüf ki hazırda ittifaq ciddi iqtisadi, siyasi və ictimai problemlərlə üz-üzədir. Son zamanlar Avropa İttifaqı ölkələrində irqçilik, ksenofobiya, mühacirlərə qarşı düşmən münasibət, islamafobiya düşüncəsinin yayılmasından narahat olduğumuzu vurğulamaq istəyirəm. Avropa mühacirlərə qarşı radikal siyasət yürütməməli, separatçıları dəstəkləyən, fərqliliyə dözməyən bir bölgə olmamalıdır. Avropa parlamentində baş verən neqativ hallar buna bariz örnək ola bilər".

Xatırladaq ki, "Avropa günü" Avropa İttifaqına üzv və üzvlüyə namizəd dövlətlərdə hər il mayın birinci 10 günlüyündə qeyd edilir. Avropa İttifaqı isə Avropa İqtisadi Birlyinin yarandığı mayın 9-u gününü "Avropa günü" elan edib. 

Son xəbərlər

Orphus sistemi