Türkiyə prezidenti: “Afrin əməliyyatı sonuncu terrorçu zərərsizləşdirilənədək davam edəcək”

Türkiyə prezidenti: “Afrin əməliyyatı sonuncu terrorçu zərərsizləşdirilənədək davam edəcək” “Azad Suriya Ordusu addım-addım Afrinə nəzarət etməyə başlayıb”
Region
24 Yanvar , 2018 13:26
Türkiyə prezidenti: “Afrin əməliyyatı sonuncu terrorçu zərərsizləşdirilənədək davam edəcək”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS/ Umit Bektas

Bakı. 24 yanvar. REPORT.AZ/ “Afrin əməliyyatı sonuncu terrorçu zərərsizləşdirilənədək davam edəcək”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rayon icra hakimiyyəti başçılarının 44-cü toplantısında bildirib.

“Azad Suriya Ordusu addım-addım Afrinə nəzarət etməyə başlayıb. Biz Suriyadakı ərəb, kürd və türkmən qardaşlarımızın gələcəyinə ən azı özümüzə verdiymiz qədər əhəmiyyət veririk. Gözümüzün içinə baxa-baxa bizə yalan söylənilməsinə dözmək məcburiyyətində deyilik. Afrin əməliyyatının kürdlərə qarşı olduğunu, Suriyanı işğal etdiyimizi deməyə cəhd göstərənlər də var. İndi infrastrukturu, təhsili ilə dirçəltdiyimiz Rai, Cerablus, Əl-Baba 100 minə yaxın qardaşımız geri dönüb. Afrində də eyni işi görəcəyik. Əvvəlcə terrorçuların kökünü kəsəcəyik, sonra da oranı ölkəmizdə yaşayan 3,5 milyon suriyalı qardaşımız üçün yaşana biləcək  vəziyyətə gətirəcəyik. Əslində, biz kimin harada durduğunu çox yaxşı bilirik. İŞİD-i bəhanə edərək Afrini terrorçulara təslim etmək istəyənlər indi həmin qruplaşma ilə birlikdədir. Bunların bir-birindən fərqi yoxdur. PYD də, YPG də, İŞİD də terrorçudur. Bu terror qruplaşmalarının ipini əlində tutanlar isə işlərinə yarayanların ipini uzadırlar", - o vurğulayıb. 

Ərdoğan Afrin əməliyyatına "Zeytun budağı” adını vermələrinə də aydınlıq gətirib: "Zeytun dinimizdə çox müqəddəsdir. Bu, həm də azadlıq müjdəçisidir. Biz də Zeytun budağından istifadə edərkən belə bir azadlıq addımını atdıq. Münbiçdən başlayaraq sərhədlərimiz boyu bu oyunu poza-poza davam edəcək, bölgəmizi tamamilə terrorçulardan təmizləyəcəyik".

"Barak Obama bizi aldatdı. Onda bizim Münbiçi terrorçulardan təmizləmək üçün "Zeytunluq" hərəkatımız var idi. O, sözünə əməl etmədi. Biz oradakı terrorçuları Fərat çayının şərqinə sürüyəcəyik. Münbiç əhalisinin 95 faizi ərəbdir. Orada kürd yoxdur. Orada yenidən bir terrorçu dövlət qurmaq niyyətindədirlər. Adını “kürd dövləti” qoyacaqdılar. Eynisini Kobanidə etdilər. Orada da Ayn əl-Ərəbdir. Bu bölgəyə də terrorçuları yığıdılar", - Türkiyə prezidenti vurğulayıb.

O qeyd edib ki, Türkiyənin "Zeytun budağı" əməliyyatında Azad Suriya Ordusu ilə birlikdə 7-8 şəhidi var: "Ancaq 268 terrorçu zərərsizləşdirilib".

Son xəbərlər

Orphus sistemi