Bakı. 22 noyabr. REPORT.AZ/ “Suriyada 7 ildir törədilən vəhşiliyə laqeydlik, qaçqınların keçid məntəqələrində gözlədilməsi, insanlıqdan kənar hadisələr Qərbin iç üzünü açıb göstərdi”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin noyabrın 22-də İstanbulda keçirilən 33-cü toplantısında bildirib.
“Qərbdə azadlıq, demokratiya kimi dəyərlərin yerini neonasizm və irqçilik tutub. İslam ölkələrinin Qərbə verdikləri milyardlarla dollarlıq silah sifarişlərindən kim qazanır? Ölkələrimizin sərhədlərini pozub, onu parçalayan kimlərdir? Bu suallara cavablarımız problemlərin həllinə yardım edəcək, buna inanıram. Müsəlmanlar onlara verilən rolu sorğu-sualsız qəbul edə bilməz. Böyüdülərək ortaya çıxarılan bu qatil sürülərinin islam düşmənçiliyi etməsinə müşahidəçi qala bilmərik”, - Rəcəb Tayyib Ərdoğan vurğulayıb.