Türkiyə “Pfizer” peyvəndinin 4,5 milyon dozasını almaq niyyətindədir

Türkiyə “Pfizer” peyvəndinin 4,5 milyon dozasını almaq niyyətindədir Türkitə gələn il martın snuna kimi Amerika şirkəti “Pfizer” və onun alman partnyoru “BioNTech”in istehsalı olan koronavirus vaksininin 4,5 milyon dozasını almaq istəyir.
Region
24 dekabr 2020 18:11
Türkiyə “Pfizer” peyvəndinin 4,5 milyon dozasını almaq niyyətindədir

Türkiyə gələn il martın sonuna kimi Amerika şirkəti “Pfizer” və onun alman partnyoru “BioNTech”in istehsalı olan koronavirus vaksininin 4,5 milyon dozasını almaq istəyir.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin başçısı Fahrettin Koca bildirib.

"Çünki bu peyvəndi iki etnik türk hazırlayırdı, biz lap əvvəldən Türkiyənin ondan istifadə etməsini istəyirdik. Problem istehsalçının məsuliyyətində idi. Danışıqların gedişatında bu məsələnin həllinə qismən nail olundu.

Martın sonuna kimi 4,5 milyon doza almaq istəyirik, o cümlədən yanvarda 1-1,5 milyon", - Koca jurnalistlərə deyb.

O, əlavə edib ki, müqavilə peyvəndin 30 milyon dozasını çatdırmanı nəzərdə tuta bilər.

Son xəbərlər

Orphus sistemi