Ankarada üçmərtəbəli binada yanğın olub, 5 nəfər ölüb, 11 nəfər yaralanıb

Ankarada üçmərtəbəli binada yanğın olub, 5 nəfər ölüb, 11 nəfər yaralanıb Türkiyənin paytaxtı Ankarada üçmərtəbəli binada baş verən yanğın nəticəsində azı 5 nəfər ölüb, 11 nəfər yaralanıb.
Region
29 Mart , 2019 11:40
Ankarada üçmərtəbəli binada yanğın olub, 5 nəfər ölüb, 11 nəfər yaralanıb

Türkiyənin paytaxtı Ankarada üçmərtəbəli binada baş verən yanğın nəticəsində azı 5 nəfər ölüb, 11 nəfər yaralanıb. 

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu hadisə yerinə gələn Ankara valisi Vasip Şahin bildirib.

Hadisə paytaxtın İskitlər Ata sənaye zonasında qeydə alınıb. 

Məlumata görə, sahibsiz binada küçələrdən kağız toplayan əfqanlar qalırlar. 

Yanğın nəticəsində ölən və xəsarət alanların sayının artacağı istisna deyil.  

Son xəbərlər

Orphus sistemi