Türkiyə parlamentinin sədri cərrahiyə əməliyyatı olunub

Türkiyə parlamentinin sədri cərrahiyə əməliyyatı olunub Həkimlər deyiblər ki, əməliyyat uğurla başa çatıb və parlament sədrinin durumu hazırda normaldır
Region
30 Dekabr , 2016 16:53
Türkiyə parlamentinin sədri cərrahiyə əməliyyatı olunub

Bakı. 30 dekabr. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman cərrahiyə əməliyyatı olunub. 

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ bildirib.

Paytaxt Ankaradakı "Güvən" xəstəxanasında keçirilən cərrahiyə əməliyyatı 5 saat davam edib. Həkimlər deyiblər ki, əməliyyat uğurla başa çatıb və parlament sədrinin durumu hazırda normaldır.  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatdan sonra İ.Kahramana baş çəkib. Xanımı Əminə Ərdoğanla birlikdə xəstəxanaya gedən R.T.Ərdoğan parlament sədrinin durumu haqqında məlumat alıb. 

Qeyd edək ki, İ.Qəhrəmanın səhhətində problem yarandığından dünən xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi