Bakı. 20 sentyabr. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisində (TBMM) sığınacaq tikiləcək.
"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri İsmail Kahraman bildirib.
"Bu günə uyğun bir sığınacaq yoxdur. Əvvəllər sığınacaq üçün bir yer ayrılmışdı. Oranın da bu məqsəd üçün yetərli olmadığını gördük. Ona görə də günümüzün tələblərinə, mülki müdafiənin şərtlərinə, normalarına uyğun olaraq bir sığınacaq tikəcəyik", - deyə İ.Kahraman vurğulayıb.
Qeyd edək ki, bu il iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı TBMM-in binası bombalanmışdı.