Türkiyə parlamenti ABŞ Nümayəndələr palatasının qərarını pisləyib

Türkiyə parlamenti ABŞ Nümayəndələr palatasının qərarını pisləyib Türkiyə Böyük Millət Məclisi ABŞ-ın Nümayəndələr palatasının qondarma “erməni soyqırımı”na dair qərarını pisləyən, rədd edən və hüquqi qüvvədən düşməsini bildirən qətnamə qəbul edib.
Region
30 Oktyabr , 2019 20:51
Türkiyə parlamenti ABŞ Nümayəndələr palatasının qərarını pisləyib

Türkiyə Böyük Millət Məclisi ABŞ-ın Nümayəndələr palatasının qondarma “erməni soyqırımı”na dair qərarını pisləyən, rədd edən və hüquqi qüvvədən düşməsini bildirən qətnamə qəbul edib.

“Report” bu barədə AA-ya istinadən xəbər verir.

"ABŞ-ın Nümayəndələr palatasının bir sıra dairələrin qondarma erməni soyqırımı iddiaları ilə bağlı gündəmə gətirdiyi söz-söhbətlərə sahib çıxmasını, ağıl və vicdan sahibi üzvlərinin etirazlarına baxmayaraq, bir qərar olaraq rəsmiləşdirməsini Türkiyə parlamenti adından qətiyyətlə qınayır və rədd edirik", - sənəddə qeyd olunub.

Əvvəlki illərdə də Nümayəndələr palatası tərəfindən buna bənzər təşəbbüslərin irəli sürüldüyünü, lakin səsvermə zamanı indiki kimi düşməncəsinə özünü büruzə vermədiyini qeyd edən sənəd müəllifləri sözügedən qətnaməni tarixi gerçəkliyi təhrif etmək cəhdi kimi dəyərləndiriblər.

Son xəbərlər

Orphus sistemi