Türkiyə parlamenti ABŞ Konqresinə məktub göndərib

Türkiyə parlamenti ABŞ Konqresinə məktub göndərib Məktubda FETÖ-nun uğursuz dövlət çevrilişi cəhdindən bəhs olunur
Region
29 İyul , 2016 14:04
Türkiyə parlamenti ABŞ Konqresinə məktub göndərib

Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyə parlamenti Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı ABŞ Konqresinə məktub göndərib.  

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, məktubda Türkiyə xalqının iyulun 15-də baş tutmayan dövlət çevrilişi cəhdi ilə mənəvi sarsıntı keçirdiyi bildirilib: "Bu cəhd demokratiya, hüququn aliliyi prinsiplərini, ölkənin konstitusiya quruluşunu dəstəkləyən, dövlət idarələrinin yanında olan, seçki yolu ilə ortaya qoyduğu iradəyə sahib çıxmaq istəyən dinc sakinləri də hədəfə alıb. Hücum zamanı Türkiyə Böyük Millət Məclisinin binası da hərbi təyyarə və helikopterlərdən atəşə tutulub, millət vəkillərinin həyatına qəsd etməyə səy göstərilib. Bununla bağlı Türkiyəyə başsağlığı verən və kədərini paylaşan ABŞ hökumətinə və həmkarlarıma təşəkkür edirəm". 

Son xəbərlər

Orphus sistemi