Türkiyə ordusunun sayı açıqlandı

Türkiyə ordusunun sayı açıqlandı Türkiyə Silahlı Qüvvələrində 39 min 782 zabit qulluq edir. Onların 358-i general və admirallardır.
Region
5 Yanvar , 2016 21:33
Türkiyə ordusunun sayı açıqlandı

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı 2016-cı ilin 1 yanvar tarixi etibari ilə hərbçilərin və mülki personalın statistikasını açıqlayıb.

"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Baş Qərargahın internet səhifəsində yerləşdirilən məlumata əsasən, Türkiyə ordusunun tərkibində 624 min 4 hərbçi və mülki şəxs xidmət etməkdədir.

Türkiyə Silahlı Qüvvələrində hazırda 39 min 782 zabit qulluq edir. Onların 358-i general və admirallardır.

Sıravi əsgərlərin sayı 332 min 509 nəfər, mülki içşilərin sayı - 51 min 681 nəfərdir.

Son xəbərlər

Orphus sistemi