Türkiyə ordusunun İraqda şəhid olan hərbçilərinin sayı 3-ə çatıb

Türkiyə ordusunun İraqda şəhid olan hərbçilərinin sayı 3-ə çatıb Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pençe-Yıldırım” adlı antiterror əməliyyatı zamanı şəhid olan türk hərbçilərinin sayı üçə çatıb
Region
27 Aprel , 2021 10:53
Türkiyə ordusunun İraqda şəhid olan hərbçilərinin sayı 3-ə çatıb

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pençe-Yıldırım” adlı antiterror əməliyyatı zamanı şəhid olan türk hərbçilərinin sayı üçə çatıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, orduda müqavilə əsasında xidmət edən sıravi əsgər Mustafa Çalım terrorçularla atışmada, Quru Qoşunlarının leytenantı Mehmet Kıvık əldəqayıma partlayıcının partladılması nəticəsində şəhid olublar.

Əməliyyat zamanı yaralanan daha bir hərbçi isə hospitalda vafat edib.

Son xəbərlər

Orphus sistemi