Türkiyə ordusunun generalı Suriyada vəfat edib

Türkiyə ordusunun generalı Suriyada vəfat edib Nazirliyin açıqlamasında bildirilib ki, 2020-ci il sentyabrın 9-da general Ərdoğan Suriyanın İdlib bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən özünü narahat hiss edib.
Region
9 Sentyabr , 2020 12:23
Türkiyə ordusunun generalı Suriyada vəfat edib

Türkiyə Silah Qüvvələrinin Suriyada xidməti vəzifəsini icra edən briqada generalı Sezgin Ərdoğan ürək tutması nəticəsində vəfat edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, 2020-ci il sentyabrın 9-da general Suriyanın İdlib bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən özünü narahat hiss edib: “O, xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”.

Son xəbərlər

Orphus sistemi