Türkiyə ordusu Suriyanın şimalında terrorçuların 71 obyektinə zərbə endirib

Türkiyə ordusu Suriyanın şimalında terrorçuların 71 obyektinə zərbə endirib İŞİD terror qruplaşmasının beş yaraqlısı öldürülüb
Region
5 Noyabr , 2016 12:31
Türkiyə ordusu Suriyanın şimalında terrorçuların 71 obyektinə zərbə endirib

Bakı. 5 noyabr. REPORT.AZ/ Türkiyə ordusu ötən sutka ərzində Suriyanın şimalında İŞİD terror qruplaşmasının 71 obyektinə zərbə endirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, qruplaşmanın beş yaraqlısı öldürülüb.

Eyni zamanda, Türkiyənin dəstəklədiyi müxalif qüvvələrdən də beş nəfər və 1 türk əsgəri həlak olub.

Məlumatda qeyd edilib ki, beynəlxalq koalisiyanın Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən hava hücumları nəticəsində daha səkkiz İŞİD yaraqlısı məhv edilib.

Son xəbərlər

Orphus sistemi