Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının daha 13 silahlısını məhv edilib.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, əməliyyatın 154-cü günündə terrorçuların 107 hədəfinə hava zərbəsi endirilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.