Türkiyə ordusu Suriyada daha 11 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu Suriyada daha 11 terrorçunu zərərsizləşdirib Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalına, “Barış pınarı” bölgəsinə keçmək istəyən və hücuma hazırlaşan terrorçu PKK/YPG-PYD qruplaşmasının 11 silahlısını zəzərsizləşdirib.
Region
23 Sentyabr , 2021 13:17
Türkiyə ordusu Suriyada daha 11 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalına, “Barış pınarı” bölgəsinə keçmək istəyən PKK/YPG-PYD qruplaşmasının 11 terrorçusunu zərərsizləşdirib.

“Report” xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi tiviter səhifəsində yayıb.

“Terrorçulara keçid verməyəcəyik”,- nazirliyin açıqlamasında bildirilib.

Qeyd edək ki, Suriya-Türkiyə sərhədi, Hələb, Haseke və Rakkanın şimal bölgələri “Barış pınarı” (“Sülh bulağı ”) zonasına daxildir. Türkiyə ordusu 2019-cu ilin oktyrabında bölgədə əməliyyata başlayıb.

Son xəbərlər

Orphus sistemi