Türkiyə ordusu Suriyada terrorçu qrupu zərərsizləşdirdi

Türkiyə ordusu Suriyada terrorçu qrupu zərərsizləşdirdi Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG silahlılarından ibarət qrupu zərərsizləşdirib.
Region
9 Mart , 2020 18:58
Türkiyə ordusu Suriyada terrorçu qrupu zərərsizləşdirdi

Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG silahlılarından ibarət qrupu zərərsizləşdirib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilir.

Qeyd edilir ki, terrorçular Tal-Rıfat rayonundan Türkiyə hərbçilərinə hücum əməliyyatı hazırlayırmış.

"Fərat Qalxanı" əməliyyatı zonasında yerləşən türk hərbçilərinə Tal-Rıfat rayonundan hücum hazırlayan PKK/YPG-nin 13 terrorçusu zərərsizləşdirilib”, - deyə xəbərdə bildirilir.

Son xəbərlər

Orphus sistemi