Türkiyə ordusu son bir həftədə 37 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu son bir həftədə 37 terrorçunu zərərsizləşdirib Əməliyyatlarda 5 hərbçi şəhid olub, 9-u yaralanıb
Region
21 Aprel , 2018 14:38
Türkiyə ordusu son bir həftədə 37 terrorçunu zərərsizləşdirib

Bakı. 21 aprel. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı son bir həftədə ölkə ərazisində və İraqın şimalında aparılan əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, aprelin 14-20-də Tunceli, Diyarbakır, Şırnak və İraqın şimalındakı əməliyyatlarda ikisi lider olmaqla, 37 terrorçu zərərsizləşdirilib.

Əməliyyatlarda 5 hərbçi şəhid olub, 9-u yaralanıb.

Məlumatda qeyd edilib ki, "Zeytin budağı" hərəkatı başlayandan bu günə qədər 4254 terrorçu zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələrinin isə 53 hərbçisi şəhid olub, 232-si yaralanıb.

Son xəbərlər

Orphus sistemi