Türkiyə ordusu İraqda terrorçuları məhv edib

Türkiyə ordusu İraqda terrorçuları məhv edib Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında antiterror əməliyyatı keçirib.
Region
20 Dekabr , 2020 01:43
Türkiyə ordusu İraqda terrorçuları məhv edib

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında antiterror əməliyyatı keçirib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, Avaşin ərazisində keçirilən əməliyyat zamanı PKK qruplaşmasının bir neçə terrorçusu zərərsizləşdirilib.

"İraqın şimalında Avaşin ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyatı nəticəsində üç PKK terrorçusu zərərsizləşdirilib. Türkiyə son terrorçunun məhv edilməsinə qədər terrorçuluğa qarşı əməliyyatlar keçirməyə davam edəcək”, - xəbərdə deyilir.

Son xəbərlər

Orphus sistemi