Türkiyə ordusu iki gündə terrorçu İŞİD qruplaşmasının 200-ə yaxın silahlısını öldürüb

Türkiyə ordusu iki gündə terrorçu İŞİD qruplaşmasının 200-ə yaxın silahlısını öldürüb Əhməd Davudoğlu: "Silahlı Qüvvələrimiz 48 saat ərzində terrorçuların Suriya və İraqdakı mövqelərinə top və tanklardan 500-ə yaxın atəş açıb"
Region
14 Yanvar , 2016 17:33
Türkiyə ordusu iki gündə terrorçu İŞİD qruplaşmasının 200-ə yaxın silahlısını öldürüb

Bakı. 14 yanvar. REPORT.AZ/ "İki gündə terrorçu İŞİD qruplaşmasının 200-ə yaxın üzvünü zərərsizləşdirmişik".

"Report"un məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkəsinin xarici dövlətlərdəki səfirlərinin toplantısında bildirib.

Baş nazirin sözlərinə görə, öldürülən terrorçular arasında İŞİD qruplaşmasının liderləri də var: "İstanbuldakı xain terror hücumunun İŞİD tərəfindən törədildiyini təsbit etdikdən sonra Silahlı Qüvvələrimiz 48 saat ərzində terrorçuların Suriya və İraqdakı mövqelərinə top və tanklardan 500-ə yaxın atəş açıb. İraqın Başika rayonunda, bundan başqa, Türkiyənin İraq və Suriya ilə sərhədboyu ərazilərində İŞİD-in mövqelərini imkanımız daxilində vurmuşuq. Bu əməliyyat nəticəsində aralarında İŞDİ-in başçıları da olmaqla, 200-ə yaxın terrorçunu zərərsizləşdirmişik". 

Son xəbərlər

Orphus sistemi