Bakı. 22 avqust. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri İŞİD-in və PYD-nin (terrorçu PKK-nın Suriyadakı qolu - "Report") Suriyanın şimalındakı mövqelərinə zərbələr endirib.
"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər yayıb.
Məlumata görə, İŞİD terrorçularının Carabulus və PYD-nin Mənbic şəhərinin şimalındakı möqveləri artilleriya atəşinə tutulub.
İtkilər barəsində hər hansı məlumat verilmir.