Türkiyə Myanma müsəlmanlarına humanitar yardım göndərib

Türkiyə Myanma müsəlmanlarına humanitar yardım göndərib Bununla bağlı Türkiyə və Myanma dövlət başçıları arasında telefon danışığı zamanı razılıq əldə olunub
Region
6 Sentyabr , 2017 19:13
Türkiyə Myanma müsəlmanlarına humanitar yardım göndərib
Ansar.ru

Bakı. 6 sentyabr. REPORT.AZ/ Türkiyə hökuməti Myanma müsəlmanlarına humanitar yardım göndərib.  

"Report" "Haber7"yə istinadən xəbər verir ki, Myanmanın Arakan (Rakhayn) ştatından qaçaraq Banqladeşə sığınan təxminən 150 min müsəlman üçün nəzərdə tutulan min tonluq yardımın ilk partiyası düşərgələrə çatdırılıb. 

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Myanmanın dövlət başçısı Aun San Su Çjin arasında telefon danışığı olub və Arakan müsəlmanlarına humanitar yardımın çatdırılmasına icazə verilib. 

Son xəbərlər

Orphus sistemi