Türkiyə Müdafiə Nazirliyi Fransa parlamentinə etiraz edib

Türkiyə Müdafiə Nazirliyi Fransa parlamentinə etiraz edib “NATO üzvü olan Fransanın parlamentində əli qanlı PKK/YPG terror qruplaşması təmsilçilərinin qəbul edilməsi onun nüfuzuna kölgə salıb”.
Region
28 Mart , 2023 12:19
Türkiyə Müdafiə Nazirliyi Fransa parlamentinə etiraz edib

“NATO üzvü olan Fransanın parlamentində əli qanlı PKK/YPG terror qruplaşması təmsilçilərinin qəbul edilməsi onun nüfuzuna kölgə salıb”.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Nazirlik Fransa parlamentinin bu addımını NATO-dakı müttəfiqlik ruhuna zidd olduğunu vurğulayıb: “Bu addım həm də NATO-nun terrorizmlə mübarizəsini heçə endirir. Bütün hallarda Türkiyə Silahlı Qüvvələri bütün terror təşkilatlarına qarşı mübarizəni fasiləsiz davam etdirəcək”.

Son xəbərlər

Orphus sistemi