Türkiyə Milli Müdafiə Nazirliyi: "Bu il 2 081 terrorçu zərərsizləşdirilib"

Türkiyə Milli Müdafiə Nazirliyi: "Bu il 2 081 terrorçu zərərsizləşdirilib" Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.
Region
3 Oktyabr , 2021 15:15
Türkiyə Milli Müdafiə Nazirliyi: Bu il 2 081 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.

"Report" xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyində brifinq keçirilib.

Milli Müdafiə Nazirliyinin rəsmisi Pinar Kara FETÖ, PKK/KCK/PYD-YPG, İŞİD başda olmaqla bütün terror təşkilatları ilə mübarizənin artan templə davam etdiyini vurğulayıb.

2015-ci ildən indiyədək cəmi 18 549 terrorçunun zərərsizləşdirildiyini deyən Kara bu ilin əvvəlindən ölkə daxilində və sərhəddən kənarda ümumilikdə 21 əməliyyat keçirildiyini qeyd edib.

Kara əlavə edib ki, bu il 2 081 terrorçu zərərsizləşdirilib.

Nazirlik rəsmisi qaçaqmalçılıq və qanunsuz miqrant axınının qarşısını almaq və terrorla mübarizənin təsirini artırmaq üçün sərhədlərdə texnoloji vasitələrlə dəstəklənən fiziki təhlükəsizlik sistemlərinin qurulduğunu da əlavə edib.

Son xəbərlər

Orphus sistemi