Türkiyə MİT-i xaricdə əməliyyat keçirib, 6 FETÖ-çü ölkəyə gətirilib

Türkiyə MİT-i xaricdə əməliyyat keçirib, 6 FETÖ-çü ölkəyə gətirilib Bakı. 29 mart. REPORT.AZ/ Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı xaricdə xüsusi əməliyyat keçirib.
Region
29 Mart , 2018 18:08
Türkiyə MİT-i xaricdə əməliyyat keçirib, 6 FETÖ-çü ölkəyə gətirilib

Bakı. 29 mart. REPORT.AZ/ Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı xaricdə xüsusi əməliyyat keçirib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, əməliyyat nəticəsində terror qruplaşmasının Balkan qolunun rəhbərlərindən 6 nəfər tutularaq Türkiyəyə gətirilib.

Məlumata görə, əməliyyat Kosovo kəşfiyyat qurumu ilə əməkdaşlıq nəticəsində gerçəkləşib. FETÖ-çülər Ədliyyə Nazirliyinə təhvil verilib. 

Qeyd edək ki, Türkiyənin hüquq-mühafizə orqanları həmin 6 nəfər barəsində axtarış elan etmişdi.

Son xəbərlər

Orphus sistemi