Türkiyə Mərkəzi Seçki Komissiyasına yeni sədr təyin olunub

Türkiyə Mərkəzi Seçki Komissiyasına yeni sədr təyin olunub Türkiyə Mərkəzi Seçki Komissiyasına (YSK) yeni sədr təyin olunub.
Region
26 Yanvar , 2023 17:14
Türkiyə Mərkəzi Seçki Komissiyasına yeni sədr təyin olunub

Türkiyə Mərkəzi Seçki Komissiyasına (YSK) yeni sədr təyin olunub.

“Report”un Ankara bürosunun məlumatına görə, qurumun bu gün iclasında Ahmet Yener bu vəzifəyə seçilib.

22 dekabr 2011-ci ildə Ali Məhkəmənin üzvü seçilmiş Ahmet Yener gizli səsvermə ilə YSK-ya sədr olaraq seçilib. Ahmet Yener keçmiş sədr Muharrem Akkayaya təşəkkürünü bildirib.

Bundan başqa iclasda YSK-ya 15 yeni üzv, Əkrəm Özbək isə YSK-nın sədr müavini seçilib.

Qeyd edək ki, Türkiyədə may ayında prezident, parlament və yerli idarəetmə orqanlarına seçkilər keçiriləcək.

Ahmet Yener 1966-cı ildə Ankara şəhərinin Beypazarı rayonunda anadan olub, İstanbul Universitetinin Hüquq fakültəsini bitirib, üç uşaq atasıdır.

Son xəbərlər

Orphus sistemi