Türkiyə Mərkəzi Seçki Komissiyası referendumun nəticələrinin ləğvi ilə bağlı şikayəti təmin etməyib

Türkiyə Mərkəzi Seçki Komissiyası referendumun nəticələrinin ləğvi ilə bağlı şikayəti təmin etməyib Qurumun 10 üzvü qərarın lehinə, 1-i isə əleyhinə səs verib
Region
19 Aprel , 2017 19:08
Türkiyə Mərkəzi Seçki Komissiyası referendumun nəticələrinin ləğvi ilə bağlı şikayəti təmin etməyib

Bakı. 19 aprel. REPORT.AZ/ Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) aprelin 16-da keçirilən referendumun nəticələrinin ləğv edilməsi ilə bağlı iclası keçirilib. 

"Report" NTV-yə istinadən xəbər verir ki, yığıncaqda şikayətlər əsassız sayılıb. Qurumun 10 üzvü qərarın lehinə, 1-i isə əleyhinə səs verib.  

Qeyd edək ki, Türkiyənin əsas müxalifət təşkilatı sayılan Cümhuriyyət Xalq Partiyası (CHP), Xalqların Demokrat Partiyası (HDP) və Vətən Partiyası aprelin 16-da keçirilən referendumun nəticələrinin ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmişdi. 

Son xəbərlər

Orphus sistemi