Qərb dovşana “qaç”, tazıya “tut” deyir.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 1-də Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bu özünü Qəzzadakı vəziyyətdə də göstərir: “Sözdə deyilənlər əməldə təsdiqlənmədikcə xoaslar səngiməyəcək”.
R.T.Ərdoğan beynəlxalq ictimaiyyəti ədalətli mövqedən çıxış etməyə çağırıb.
Dövlət başçısı söyləyib ki, bu gün Türkiyə Ukraine-Rusiya müharibəsində ədalətli mövqe ortaya qoya bilən, dünyanın dörd bir tərəfi ilə münasibətləri qoruyan ölkədir.
O bildirib ki, Türkiyə gələcəkdə də ədaləti qorumağa davam edəcək: "Dostlarımızın sayını artıracağıq. Dünyanın fərqli yerlərində baş verən toqquşmalar beynəlxalq sistemin işləksizliyini göstərir. Buna səbəb sülh təşəbbüslərinə lazımi dəstəyin verilməməsidir".