“Türkiyə koronavirusun yayıldığı Çinin Uhan şəhərindəki 32 vətəndaşını yaxın günlərdə təxliyə edəcək”.
“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Çindəki səfiri Emin Önen deyib.
Səfir bildirib ki, Çindəki Türkiyə vətəndaşlarından virusa yoluxan yoxdur: “Vətəndaşlarımızın təxliyəsi yaxın günlərdə başlayacaq”.