​Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı komissiyanın iclasının tarixi açıqlanıb

​Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı komissiyanın iclasının tarixi açıqlanıb Komissiya üzvləri bu ilin fevralında 3 dəfə görüşüblər
Region
10 Avqust , 2016 17:04
​Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı komissiyanın iclasının tarixi açıqlanıb

Bakı. 10 avqust. REPORT.AZ/ Avqustun 12-də Türkiyədə konstitusiyaya dəyişikliklərlə  bağlı komissiyanın iclası keçiriləck.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, komissiyada hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) yer alır. Komissiyada AKP-ni baş katib Əbdülhəmid Gül, CHP-ni sədr müavini Bülent Tezcan, MHP-ni isə Afyonkarahisardan seçilmiş millət vəkili Mehmet Parsak təmsil edəcək. Onlar ölkə konstitusiyasına nəzərdə tutulan dəyişikliklərlə bağlı əvvəlcədən hazırlıq işi görəcək və bunu partiya sədrlərinə təqdim edəcəklər.

Qeyd edək ki, komissiya üzvləri 2016-cı ilin fevralında üç toplantı keçiriblər. 

Son xəbərlər

Orphus sistemi