Türkiyə kəşfiyyatı PKK/YPG-nin məsul şəxslərindən birini öldürüb

Türkiyə kəşfiyyatı PKK/YPG-nin məsul şəxslərindən birini öldürüb Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstehbarat Teşkilatı -MİT) Suriyanın keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG terror qruplaşmasının məsullarından biri Şiraz Ömeri öldürüb.
Region
29 Yanvar , 2025 11:01
Türkiyə kəşfiyyatı PKK/YPG-nin məsul şəxslərindən birini öldürüb

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı - MİT) Suriyada keçirdiyi antiterror əməliyyatı ilə PKK/YPG terror qruplaşmasının məsul şəxslərindən biri - Sözdar Afrin kod adlı Şiraz Öməri öldürüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, o, MİT-in Suriyada Rumeylan-Malikiye yolunda reallaşdırdığı nöqtə əməliyyatı nəticəsində öldürülüb.

Məlumata görə, Şiraz Ömər qruplaşamaya 2012-ci ildə qatılıb. O, terror dəstəsinin Suriyadakı “Rojava katibliyində” fəaliyyətə başlayıb.

MİT-in hədəf siyahısında yer alan Ş.Ömər bir müddət İraqın Kandil dağındakı terror düşərgəsində fəaliyyət göstərdikdən sonra Suriyaya göndərilib. O, Suriyanın Ayn-əl-Ərəb, Haseke və Malikiye bölgələrinin “məsulu” kimi fəaliyyət göstərib. Ömərə son zamanlar qruplaşmanın maliyyə məsələləri üzrə “vəzifə" verilmişdi.

Son xəbərlər

Orphus sistemi