Türkiyə kəşfiyyatı Suriyada təhlükəli terrorçunu zərərsizləşdirib

Türkiyə kəşfiyyatı Suriyada təhlükəli terrorçunu zərərsizləşdirib Türkiyə xüsusi xidmət orqanlarının Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində “Xayri” ləqəbli PKK terrorçusu Ekrem Üstək zərərsizləşdirilib.
Region
15 May , 2022 15:03
Türkiyə kəşfiyyatı Suriyada təhlükəli terrorçunu zərərsizləşdirib

Türkiyə xüsusi xidmət orqanlarının Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində “Xayri” ləqəbli PKK terrorçusu Ekrem Üstək zərərsizləşdirilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, cinayətkar Ayn əl-Ərəb bölgəsində gizləndiyi yerdə aşkarlanıb.

Üstək Türkiyə polisinin ölümünə səbəb olan hücumlarda iştirak edib.

O, 90-cı illərdə PKK-nın cinayətkar fəaliyyətlərində, xüsusilə adam oğurluğu, partlayıcı qurğu və sursatların tədarükü, adam öldürməyə cəhd, oğurluq və azyaşlıların terrorçulara verilməsində iştirak etdiyinə görə uzun illər həbsdə yatıb.

Son xəbərlər

Orphus sistemi