Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən daha birini məhv edib

Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən daha birini məhv edib Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında yerləşən Mahmur düşərgəsi istiqamətində antiterror əməliyyatı davam edir.
Region
11 İyun , 2021 17:39
Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən daha birini məhv edib

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında yerləşən Mahmur düşərgəsi istiqamətində antiterror əməliyyatı davam edir.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, iyunun 11-də keçirilən əməliyyat nəticəsində terrorçu PKK-nın Mahmur üzrə “məsul şəxsi” Hasan Adır məhv edilib.

Məlumata görə, o, qırmızı xətlə axtarışa verilmişdi.

Qeyd edək ki, iyunun 6-da terrorçu PKK qruplaşmasının rəhbərliyində təmsil olunmuş və Mahmur üzrə başlıca “məsulu” “Doktor Hüseyn” kod adlı Selam Bozkır da MİT tərəfindən keçirilən əməliyyat nəticəsində məhv edilmişdi.

Son xəbərlər

Orphus sistemi