Türkiyə ilə Ermənistan nümayəndələr təyin edəcək, çarter reysləri təşkil olunacaq

Türkiyə ilə Ermənistan nümayəndələr təyin edəcək, çarter reysləri təşkil olunacaq "Ermənistanla münasibətlərin normallaşması addımları çərçivəsində ikitərəfli nümayəndələr təyin edəcəyik. İrəvana çarter reyslərinə başlayacağıq".
Region
363
13 Dekabr , 2021 22:47
Türkiyə ilə Ermənistan nümayəndələr təyin edəcək, çarter reysləri təşkil olunacaq
0 : 00
0 : 00

"Ermənistanla münasibətlərin normallaşdırılması addımları çərçivəsində xüsusi nümayəndələr təyin edəcəyik".

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələrində çıxış edən nazir Ermənistanla münasibətlərin normallaşması çərçivəsində bir sıra addımların atılacağını qeyd edib.

Xüsusi nümayəndələr iki ölkə arasında birbaşa dialoq üçün təyin olunacaq. 

"İrəvana çarter reyslərinə başlayacağıq. Hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəyik", - Mövlud Çavuşoğlu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi