Türkiyə İŞİD tərəfdarını Qırğız Respublikasına təhvil verib

Türkiyə İŞİD tərəfdarını Qırğız Respublikasına təhvil verib Tanınmış ilahiyyatçıya hücum etməkdə şübhəli bilinən İrıskul Beyşenaliyev Qırğızıstan DİN-in nümayəndələrinə təhvil verilib
Region
4 Mart , 2017 11:50
Türkiyə İŞİD tərəfdarını Qırğız Respublikasına təhvil verib

Bakı. 4 mart. REPORT.AZ/ Türkiyə tanınmış ilahiyyatçı Kadır Məlikova hücum etməkdə şübhəli bilinən İrıskul Beyşenaliyevi Qırğız Respublikasına təhvil verib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikasına Türkiyədəki səfirliyindən bildiriblər.

Məlumata görə, I.Beyşenaliyev martın 3-də İstanbulda hava limanında Qırğız Respublikası Daxili İşlər Nazirliyinin nümayəndələrinə təhvil verilib və həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə bu ölkəyə göndərilib.

K.Məlikov 2015-ci ildə törədilmiş sui-qəsd hadisəsindən sonra ona qarşı hücumu İŞİD terror qruplaşmasının törətdiyini bildirib. Hücumu törətməkdə şübhəli bilinən İrıskul Beyşenaliyev və Alibek Tilekulu dərhal Türkiyəyə qaçsalar da, bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Suriya ilə sərhəddə saxlanılıblar.

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum edən hər iki şəxs İŞİD tərəfdarıdır.

Son xəbərlər

Orphus sistemi