Bakı. 23 oktyabr. REPORT.AZ/ Türkiyə Suriya və İraqda terrorçu İŞİD qruplaşmasının sıralarında döyüşmüş Rusiya Müdafiə Nazirliyinin keçmiş zabiti, 34 yaşlı Denis Xisamovu Taciksitana təhvil verib.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Tacikistanın Daxili İşlər Nazirliyi yayıb.
O, bu ilin aprelində Suriyadan qayıdarkən Türkiyə ərazisində həbs olunub.
Məlumata görə, D.Xismaov 1983-cü il dekabrın 18-də Krasnodarda doğulub. Ali təhsilli, texnika elmlər namizədidir. Rusiya Müdafiə Nazirliyinin kapitanı olub. 2015-ci ilin mayında qanunsuz yolla Tacikistan pasportu əldə edib. Bu pasportla o, Rusiyadan Türkiyəyə uçub, oradan isə terrorçu İŞİD qruplaşmasının sıralarına qoşulub.
Məlumata görə, Tacikistanın hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. İstintaq araşdırması başa çatdıqdan sonra D.Xismaov Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verəcək.