Türkiyə, İran və Rusiya prezidentlərinin görüş tarixi açıqlanıb

Türkiyə, İran və Rusiya prezidentlərinin görüş tarixi açıqlanıb Görüşdə bölgədəki və Suriyadakı vəziyyətin müzakirə olunacağı gözlənilir
Region
5 Mart , 2018 11:44
Türkiyə, İran və Rusiya prezidentlərinin görüş tarixi açıqlanıb

Bakı. 5 mart. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran Prezidenti Həsən Ruhani bu il aprelin əvvəlində İstanbulda görüşəcəklər. 

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Görüşdə bölgədəki və Suriyadakı vəziyyətin müzakirə olunacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi