Türkiyə İnkişaf Nazirliyinin 16 əməkdaşı vəzifəsindən azad edilib

Türkiyə İnkişaf Nazirliyinin 16 əməkdaşı vəzifəsindən azad edilib Bankları Tənzimləmə və Nəzarət Qurumunda da FETÖ ilə əlaqədə şübhəli sayılan 86 nəfər vəzifəsindən kənarlaşdırılıb
Region
19 İyul , 2016 20:31
Türkiyə İnkişaf Nazirliyinin 16 əməkdaşı vəzifəsindən azad edilib

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyə İnkişaf Nazirliyinin 16 əməkdaşı vəzifəsindən azad edilib. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, onlar Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli sayılırlar. 

Bundan əlavə, Ahilər İnkişaf Agentliyinin baş katibi Mehmet Fatih Yıldız da işdən azad edilib. 

Eyni zamanda, Bankları Tənzimləmə və Nəzarət Qurumunda (BDDK) FETÖ ilə əlaqədə şübhəli sayılan 86 nəfər vəzifəsindən kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi