Türkiyə hökuməti birillik fəaliyyət proqramını açıqlayıb

Türkiyə hökuməti birillik fəaliyyət proqramını açıqlayıb Baş nazir Əhməd Davudoğlu seçkiqabağı verdikləri vədləri yerinə yetirəcəklərini söyləyib
Region
10 Dekabr , 2015 15:00
Türkiyə hökuməti birillik fəaliyyət proqramını açıqlayıb

Bakı. 10 dekabr. REPORT.AZ/ "Ölkəmizin ətrafında hər tərəfdə yanğın olmasına baxmayaraq, dünyanın hər yerində alnımız açıqdır və daha güclü Türkiyə üçün çalışırıq".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu hökumətin 2016-cı il üçün fəaliyyət planını açıqlayarkən bildirib.

Məlumata görə, hökumət başçısı gələn il bir həftə, 3 ay və 6 ay ərzində görəcəkləri işləri sadalayıb.

Baş nazir noyabrın 1-də parlament seçkiləri öncəsi verdikləri vədləri yerinə yetirəcəklərini söyləyib.

Həmin vədlər arasında analıq məzuniyyəti müddətinin uzadılması və analara verilən müavinətin, aztəminatlı ailələrə ödənilən sosial yardımların, tələbələrin təqaüdlərinin, polislərin, hərbi qulluqçuların və əsgərlərin əmək haqlarının artırılması, iş adamlarına və kənd təsərrüfatı sahəsində çalışanlara yardımın edilməsi də var.

Hökumətin birillik fəaliyyət proqramında ölkədə siyasi, ictimai, hüquqi və s. sahələrdə aparılacaq islahatlar da yer alıb. 

Son xəbərlər

Orphus sistemi