Türkiyə Hərbi Hava Qüvvələrində 15 nəfərin tutulması ilə bağlı sanksiya verilib

Türkiyə Hərbi Hava Qüvvələrində 15 nəfərin tutulması ilə bağlı sanksiya verilib Onların həbs edilməsi istiqamətində ölkənin 8 əyalətində əməliyyat keçirilib
Region
30 Yanvar , 2017 13:57
Türkiyə Hərbi Hava Qüvvələrində 15 nəfərin tutulması ilə bağlı sanksiya verilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələrində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində 15 nəfərin tutulması ilə bağlı sanksiya verilib.

“Report” "Haberler"ə istinadən xəbər verir ki, onların 10-u hərbçi, o cümlədən ikisi polkovnik-leytenant, 1-i donanma komandanı, 5-i isə mülki şəxsdir. 

Onların həbs edilməsi istiqamətində ölkənin 8 əyalətində, o cümlədən Ankara, Diyarbakır, Amasya və Əskişəhərdə əməliyyat keçirilib.

Xəbərdə barələrində sanksiya verilən hərbçilərin hamısının həbs edildiyi bildirilib.

Son xəbərlər

Orphus sistemi