Türkiyə hərbçiləri Rusiyada təlim keçəcək

Türkiyə hərbçiləri Rusiyada təlim keçəcək Rusiyadan satın alınan “S-400” zenit-raket müdafiə kompleksini (ZRK) işlədəcək Türkiyənin yüzə yaxın hərbçisinin mayın sonunda federasiyada hərbi bazalardan birində təlimi başlayacaq.
Region
7 May , 2019 20:13
Türkiyə hərbçiləri Rusiyada təlim keçəcək

Rusiyadan satın alınan “S-400” zenit-raket müdafiə kompleksini (ZRK) işlədəcək Türkiyənin yüzə yaxın hərbçisinin mayın sonunda federasiyada hərbi bazalardan birində təlimi başlayacaq.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, təlim, təxminən, 5 ay davam edəcək.

Rusiyanın “Rosoboronoexport” şirkəti isə məsələ ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, Rusiya "S-400"ləri Türkiyəyə bu ilin iyul ayında tədarük edəcək.

Son xəbərlər

Orphus sistemi