Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsinə başlanılıb

Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsinə başlanılıb Türkiyə öz hərbçilərini Əfqanıstandan çıxarmağa başlayıb.
Region
25 Avqust , 2021 21:07
Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsinə başlanılıb

Türkiyə öz hərbçilərini Əfqanıstandan çıxarmağa başlayıb.

Bu barədə "Report" Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin açıqlamasında bu addımın mövcud vəziyyət və şərtlər qiymətləndirildikdən sonra atıldığı qeyd edilir.

“Türk Silahlı Qüvvələri onlara həvalə edilən bu vəzifəni uğurla yerinə yetirmənin qüruru ilə Vətənə qayıdır. Digər ölkələrin əsgərləri ilə Həmid Kərzai hava limanındakı qarışıqlığa müdaxilə edildi və aeroportda təhlükəsizlik təmin olundu. Bu müddətdə hərbi təyyarələrimiz ilə 1 129 mülki şəxs təxliyə edilib", - nazirlikdən bildirilib.

Xatırladaq ki, Türkiyə hərbçiləri 2002-ci ildən etibarən Əfqanıstanda xidmət edir.

Son xəbərlər

Orphus sistemi