Türkiyə hərbçiləri Suriyada 65 terrorçunu məhv edib

Türkiyə hərbçiləri Suriyada 65 terrorçunu məhv edib “Fırat kalkanı” əməliyyatının 153-cü günüdür
Region
23 Yanvar , 2017 16:09
Türkiyə hərbçiləri Suriyada 65 terrorçunu məhv edib

Bakı. 23 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Suriyada “Fırat kalkanı” (“Fərat qalxanı”) antiterror əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 65 silahlısını məhv edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Xəbərdə bildirilib ki, əməliyyatın 153-cü günü havadan endirilən zərbələr nəticəsində terrorçuların Əl-Bab, Bzagah və Kabbasin rayonlarının cənubunda İŞİD-in 194 istehkamı, sığınacaq və hədəfinə havadan zərbələr endirilib.

Məlumata görə, koalisiya qüvvələrinin Tadif, Abu Jabbar ve Uvayshiyah bölgələrində terrorçulara qarşı aparılan 3 hava hücumu və Pilotsuz Uçan Aparatdan endirlən zərbələr nəticəsində İŞİD-in bir tankı, silah dolu bir avtomobili, 3 maşını və bir minaatanı məhv edilib. 

Son xəbərlər

Orphus sistemi