Türkiyə hərbçiləri PKK terrorçularını zərərsizləşdirdi

Türkiyə hərbçiləri PKK terrorçularını zərərsizləşdirdi Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pençe-Şimşek” antiterror əməliyyatı zonasında PKK-nın üç silahlısı zərərsizləşdirilib.
Region
13 İyun , 2021 05:12
Türkiyə hərbçiləri PKK terrorçularını zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pençe-Şimşek” antiterror əməliyyatı zonasında PKK-nın üç silahlısı zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tvitterdəki səhifəsində bildirib.

Məlumata görə, terrorçular mağaralardan birində gizləniblər, amma vaxtında aşkar ediliblər.

Onların gizləndiyi mağarada silah arsenalı, o cümlədən iki snayper tüfəngi, iki AK-74 avtomatı, 35 əl qumbarası, iki RPQ-7 qumbaraatanı, böyuk kalibrli pulemyot və xeyli sayda döyüş sursatı aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi